Futbolçu Devid Bekhemin həyat yoldaşı, tanınmış ingilis modelyeri Viktoriya Bekhem "Vogue" jurnalı üçün fotosessiya etdirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hər zaman dəbdəbəli və gözəl geyimlərdə görməyə öyrəşdiyimiz modelyer bu dəfə fərqli obraz yaradıb.

Əyninə öz istehsalı olan ət rəngi bodi geyinən 43 yaşlı Viktoriya ilk baxışda çılpaq görünüb.

Fotolarını sosial media hesabında paylaşan Bekhem qeyd edib:

"Təşəkkür, "Vogue"! Çəkiliş meydançasında hər şey əla keçdi. Bu dəfəki fotosessiya indiyənədək çəkdirdiyim bütün fotolardan fərqlənir".