Müğənni Elnarə Abdullayeva ATV telekanalında yayımlanan "Bizimləsən verilişində müəllif hüquqlarını qoruyan bəstəkara qarşı hörmətsizlik edib.

Unikal.org xəbər verir ki, Vasif Məhərrəmli haqqında "Mənim bəstələdiyim "Çimnaz mahnısını icazə almadan dəyişdirib, öz adına çıxarıb deyərək öz haqqını tələb ədən bəstəkara qarşı canlı yayımda hörmətsizlik edilib.

Elnarə Abdullayeva kobud sözləri ilə nə bəstəkara, nə də hüquqşunasa danışmağa imkan verib. O, bununla da kifayətlənməyib. Həmin mahnını "səviyyəsiz adlandırıb.(minval.info)