Astara rayonunda 3 kq tiryək dövriyyədən çıxarılıb. 

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, Astara rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini, 37 yaşlı Ramin Kərim oğlu Quliyevin üzərindəki bağlamada 1 kiloqramdan çox narkotik vasitə olan tiryək aşkar edilib. Saxlanılan şəxsin evində keçirilən baxış zamanı zirzəmidən daha 2 kq narkotik tiryək aşkarlanaraq götürülüb.

O, istintaqa verdiyi ifadəsində narkotik vasitəni Afşin adlı İran vətəndaşının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirdiyini söyləyib. Ramin Quliyevin sözlərinə görə, o, qabaqcadan razılaşdıqları kimi, dəniz sahilində gizlədilən narkotik vasitəni götürərək evinə gətirib. Daha sonra o satış məqsədilə müəyyən hissəsini götürüb və əməliyyatçılar tərəfindən şəhər ərazisində yaxalanıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.