Bakıda axtarışda olan şəxs tutulub. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Zabrat qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən "Oba marketdən ərzaq məhsullarını oğurlamağa cəhd edən Lənkəran sakini, 1981-cı il təvəllüdlü Sadıqov Emil Eldar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. 15-ci Polis Bölməsində aparılan araşdırma zamanı onun E.Mehdiyev küçəsində yerləşən "Oba marketin müdiri F.Ələkbərova bıçaqla xəsarət yetirdiyi və buna görə Sabunçu RPİ-nin 12-ci PB tərəfindən axtarışda olduğu müəyyən edilib.

Araşdırmalar davam etdirilir.