Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını bıçaqlamaqda təqsirləndirilən Qarakişi Babayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Q.Babayev 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və Q.Babayevə şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

İttiham aktına əsasən, Q.Babayev Bakıda qardaşı Mirdaməd Babayevi bıçaqlamaqda təqsirli bilinir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyət ilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilib. Q.Babayevin əməli məhkəmə tərəfindən 126.1-ci maddəsinə tövsif edib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.