Astanada sərxoş polis əməkdaşı idarə etdiyi "Porsche Cayenne markalı avtomobili Qazaxıstan prezidentinin iqamətgahının hasarına çırpıb.

Unikal.org-un xəbərinə görə, bu barədə Astana Daxili İşlər Departamentinin (DİD) mətbuat xidməti məlumat verib.

Məlumata əsasən, qəza zamanı avtomobildə sərnişin qismində olan Astana DİD-in yüksək rütbəli zabiti hadisə yerindən qaçıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.