Bakı sakini illərdir, əziyyət çəkib topladığı pulu, elə ev almağa gedərkən itirib.

Unikal.org "Xəzər Xəbərə istinadən xəbər verir ki, söhbət paytaxtda yaşayan Bəhruz Bayramovun ailəsindən gedir. Belə ki, ailənin əziyyət çəkib topladıqları 21800 manat pul və 5 min manat dəyərindəki qızılın olduğu çanta alacaqları evə baxmağa gedərkən Sabunçu rayon Zabrat qəsəbəsi ərazisində itib.

Bəhruz Bayramov pulu tapıb qaytaran şəxsə 3-4 min manat mükafat vəd edib.

Zərərçəkmiş məsələ ilə bağlı polisə də məlumat verib.