Ötən gün axşam saatlarında Bakı şəhərində yanğın qeydə alınıb.

Unikal.org-un məlumatına görə, hadisə Yeni Günəşli yaşayış massivində baş verib. Yanğın hündürmərtəbəli binada mənzillərdən birində olub. Yanğın zamanı 3 otaqlı mənzilin 2 otağı tamamilə yanıb.

Alov yanğınsöndürənlər tərəfindən ram edilib və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Bina sakinləri təxliyyə edilib, xəsarət alan yoxdur.