Rusiyanın paytaxtı Moskvada, "Sadovod ticarət kompleksinin ərazisində güclü yanğın baş verib.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğının söndürülməsinə 100 yanğınsöndürən və 30 texnika cəlb olunub.
 
Bazarın 1-ci mərtəbəsində başlayan yanğın 300 kvadratmetr ərazini əhatə edib.

Yanğın zamanı 40 nəfər təxliyə olunub. Hazırda yanğın söndürülüb, tələfat yoxdur. İnsidentin səbəbləri araşdırılır.