İmişli sakini naməlum şəraitdə ölüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Alarlı kənində kənd sakini, 1981-ci il təvəllüdlü Hikmət Tağı oğlu Qəmbəralıyevin meyiti yaşadığı evin pilləkənlərində aşkarlanıb.

Onun pilləkəndən yıxılaraq öldüyü ehtimal edilir.

Ölümün dəqiq səbəblərinin müəyyən etmək üçün ekspertiza təyin olunub.

Faktla bağlı araşdırma aparılır.