Hindistanın Tamil Nadu əyalətində təşkil edilən "Jalikatu öküz yarışlarında faciə baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, qəzəblənən ağ öküz tamaşaçıların arasına girib, 60-dan çox adam yaralanıb, 3 nəfər dünyasın dəyişib.

Qeyd edək ki, Tamil Nadu əyalətində çox məşhur olan Jalikatu yarışları, 2014-cü ildə Hindistanın Ali Məhkəməsinin qərarı ilə qadağan edilmişdi. Amma sonradan məhkəmənin hökmünə minlərlə insan öz etirazını bildirdikdən sonra qərar ləğv edilib.

Bu yarışlar Hindistanda ən qədim idman növü sayılır və əsasən bu yarışlar İspaniyadan gəlib.

Barikadın arxasında gözləyən öküz sərbəst buraxıldıqdan sonra, matadors buğanın arxasından tutaraq 15-20 metr keçməlidir. Matador bu məsafəni keçməyə müvəffəq olsa, yarışda qazanacaq, əks halda buğa qalib elan ediləcək.