Amerikada baş verən qəribə hadisə yenidən dünya mətbuatının gündəminə gəlib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, o zaman hələ 19 yaşında olan Ceyn Hillard -22 dərəcədə 6 saat qalaraq donub. Buna baxmayaraq o hazırda sağlam həyat yaşayır.

Hadisə 1980-ci ildə ABŞ-ın Minnesota ştatında baş verib. Ceyn maşınla həmin ştata rəfiqəsini görməyə gedərkən qəza keçirib. Bəxtdən gənc xanım qəzadan demək olar ki xəsarət almadan qurtulub. Ceyn Hillard qəzadan sonra istifadə oluna bilməz hala düşən maşından çıxıb, qarlı- şaxtalı havada piyada yeriməyə başlayıb.

Amma Ceyn heç kim onu tapmasa donaraq öləcəyini də fikirləşib. Bu zaman yaxınlıqdakı bir evə sığınmaq barəsində düşünməyə başlayıb. Ancaq ən yaxın ev qəzanın baş verdiyi yerdən 3 kilometr uzaqlıqda olub.

Həm yorğunluq, həm də şaxtalı hava Ceynin məsafə qət etməsinə mane olub. O yerə yıxılıb, hərəkət edə bilməyəcək hala düşüb. 6 saat donmuş vəziyyətdə qalan C.Hillardı sabah saatlarında Velli Nelson adlı bir kişi görüb. O donmuş qadını maşını ilə xəstəxanaya aparıb. Həkimlər qadının yaşayıb-yaşamadığı haqda tərəddüd ediblər.

Həkimlərin bildirdiyinə görə, qadının bədəni soyuducunun dondurucusundan çıxmış ət kimi olduğundan ona iynə vurmaq mümkün olmayıb.

Bu zaman Ceyni elektrikli yorğana büküb 3 saata yaxın gözləyiblər. Buzları əriyən gəncin ürək döyüntüsü eşidilən zaman onun sağ qaldığına əmin olublar. Lakin həkimlər bildirib ki, Ceynin ayaqları amputasiya olunmalıdır. Lakin çox keçməyib ki, qadın ayağa qalxıb və yeriməyə başlayıb. Daha sonra həkimlər qadının sağlam olduğunu əlavə heç nəyə ehtiyac olmadığını deyiblər.

Hazırda Ceyn Hillardın 57 yaşı var və Nyu-Yorkda yaşayır. Onu "Möcüzə qadın adlandırırlar.