ARB TV-nin "Səhər-səhər proqramının növbəti qonağı məşhur gitara ifaçısı Rəhman Məmmədli olub.

Unikal.org xəbər verir ki, aparıcı Elgiz Əkbər daha sonra gitara ifaçısı Rəmişi efirə dəvət etmək istəyib. Amma qonaq studiyaya daxil olmayıb.

Belə ki, Rəmiş həyat yoldaşı Gülü ilə birlikdə avtomobildən düşməyərək, geri qayıdıb.

Hər kəs Rəmişin bunu həmkarı Rəhmanın efirdə qonaq olması ilə əlaqələndirsələr də, gitaraçı bununla razılaşmayıb.