Qətərə tütün və onun əvəzedicilərinin ixracı qadağan edilib.

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Unikal.org-a verilən məlumata görə, Qətərə idxal edilməsi qadağan olunmuş tütün məhsulları və onun əvəzedicilərinin siyahısı aşağıdakı kimidir:

1 Hər hansı adda və formada olan nikotinli saqqız
2 Elektron siqaret və elektron qəilyan, əvəzedici siqaret məhsulları
3 Hərhansı adda və formada olan sərxoşedici preparatlar
4 Siqaret satışı avtomatları
5 Tütün və onun məhsullarının təbliği, reklamı və təşviqi materialları