ATƏT yanvarın 18-də Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında keçirilmiş görüş barədə bəyanat yayıb.

Unikal.org-un xəbərinə görə, bəyanatda bildirilir:

"Xarici işlər nazirləri ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsini tez başa çatdırılması üçün həmsədrlərin yenidən nəzərdən keçirdiyi müvafiq konseptual sənədi ilə razılaşıblar.

"Görüşlər zamanı tərəflər və həmsədrlər cədvəl üzrə hazırlanan iş təkliflərindəki əsas həssas məsələlər barədə fikir mübadiləsi apardılar. Həmsədrlər həmçinin, danışıqlar prosesinə mühüm töhfə kimi etimad tədbirlərini həyata keçirməyə çağırıblar. Nazirlər və həmsədrlər təmas xəttində nisbi sakitliyin hökm sürdüyünü qeyd ediblər. Həmsədrlər tərəfləri bu müsbət tendensiyanı gücləndirməyə çağırıblar.

Həmsədrlər fevral ayının əvvəlində bölgəyə səfər etməyi planlaşdırırlar.