Rusiya Prezidenti Vladimir Putin İsa peyğəmbərin doğum günü və xaç suyuna salınma mərasimlərində iştirak edib.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, 65 yaşlı Putin paytaxt Moskvanın şimalındakı Nilov Monastırında dua edib. O, -7 dərəcə şaxtada gölə girib.

 
Prezidentin mətbuat katibi Dimitri Peskov Putinin daha əvvəllər belə mərasimlərə qatıldığını desə də, ilk dəfə mərasimin görüntülərini paylaşıb.