İspaniyanın "Barselona" klubu daha bir futbolçusu ilə yeni müqavilə bağlayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya nəhəngi yarımmüdafiəçi Serji Roberto ilə müqaviləni uzadıb. İspaniya millisinin üzvü ilə 2022-ci ilə nəzərdə tutulan yeni müqavilə bağlanıb. Robertonu almaq istəyən klub 500 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi "Barselona"nın öz yetirməsidir. O, 2010-cu ildən əsas komandada çıxış edir.

"Barselona" bir neçə gün əvvəl müdafiəçisi Xerard Pike ilə də müqavilə müddətini 2022-ci ilədək uzadıb.