"Yeni Azərbaycan Partiyasının (YAP) sıralarının genişlənməsi ötən il ərzində də davam edib, il ərzində 24 min nəfərdən çox yeni üzv qəbul edilib".

Unikal.org YAP-ın saytına istinadən verdiyi məlumata görə, baş nazirin müavini, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov partiyanın İdarə Heyətinin yanvarın 19-da keçirilmiş növbəti iclasında deyib.

O bildirib ki, partiya üzvlərinin sayı 710 min nəfəri keçib.

"Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib", - deyə Ə. Əhmədov qeyd edib.