Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) özəl ümumölkə teleradio yayımçılarının ("Azad Azərbaycan televiziyası, "Lider televiziyası, "Xəzər televiziyası, "Space televiziyası, "ARB televiziyası ) rəhbərlərinin iştirakı ilə özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan prezidentinin 18 yanvar 2018-ci il tarixli sərəncamının icrası ilə bağlı görüş keçirilib.

MTRŞ-dan unikal.org-a verilən məlumata görə, görüşdə Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının "Azerspace-1 peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan MTRŞ-ya üç milyon manat ayrılması ölkə Prezidentinin teleradio yayımçılarına olan diqqət və qayğısının göstəricisi olduğu xüsusi vurğulanıb və bu vəsaitin özəl ümumölkə teleradio yayımçıları arasında bərabər şəkildə bölünməsi məsələsi ilə bağlı müzakirələr aparılıb.