Bakının Nərimanov rayonunda baş vermiş qəzanın görüntüləri yayılıb.

Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Belə ki, avtobusdan düşüb yolu təyin olunmamış yerdən qaçaraq keçmək istəyən piyadanı "Tofaş markalı avtomobilin sürücüsü vurub.

Zərbə nəticəsində piyada hadisə yerində dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırma aparılır.