"Show TVdə yayımlanan "Çukur serialında Vartolu obrazı ilə rol alan aktyor Erkan Kolçak Köstendil nikah hazırlıqlarına başlayıb. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor bir müddətdir nişanlı olduğu aktrisa sevgilisi Cansu Tosunla ailə quracaq. 35 yaşlı aktyor bu il toy edəcəklərini etiraf edib. 

Qeyd edək ki, cütlük ötən ilin oktyabrında nişanlanıb.