Emmanuel Adebayor bəzi etiraflar edib. O "Arsenaldan getməsi, "Mançester Sitiyə keçməsi haqda bəzi etiraflar edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "Arsenal azarkeşləri "Mançester Sitiyə keçdiyinə görə Adebayoru "satqın" adlandırmışdılar. Hazırda karyerasını Türkiyədə davam etdirən futbolçu bildirib ki, "Arsenalı məhz baş məşqçi Arsen Vengerin təkidindən sonra tərk edib:

"Vengerin otağında onunla görüşdüm. O, mənə dedi ki, özünə yeni komanda tap. Mən isə qalmaq istədiyimi bildirdim. Venger dedi ki, sənə heç bir şans verməyəcəm, ya getməlisən, ya da ehtiyatda qalacaqsan. Bundan sonra "Mançester Sitinin təklifini qəbul etmək məcburiyyətində qaldım.

Bir neçə gündən sonra isə Arsen Venger açıqlama verdi ki, guya mən "Mançester Sitini pula görə seçmişəm. Azarkeşlər də əleyhimə qalxdılar. O gündən "Arsenala nifrət edirəm.

Adebayor "Arsenalda 2006-2009-cu illərdə çıxış edib. O, "topçuların heyətində 142 oyun keçirib, 62 qol vurub.