Meksikada 6,3 bal gücündə zəlzələ baş verib.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Kaliforniya körfəzində, Loreto şəhərindən 76 km şimal-şərqdə, ocağı 16 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.