Bakının Yasamal rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Salayev Rahil Əlirəhman oğlu idarə etdiyi motosikletlə Nəriman Nərimanov prospektində yüksək sürətlə hərəkətdə olan zaman onu aşırıb.

Nəticədə sürücü kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən avtotexniki ekspertiza təyin edilib.

Araşdırma aparılır.