Türkiyənin Əskişəhir vilayətində avtobusun iştirakı ilə yol qəzası baş verib.

Unikal.org türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ankaradan Bursaya gedən sərnişin avtobusunun Əskişəhər ərazisində yolun kənarındakı ağaclara çırpılması nəticəsində 13 nəfər ölüb, 42 nəfər yaralanıb.

Yaralılar xəstəxanalara çatdırılıb.

Qəzanın sürücünün avtobusun qarşısına çıxan iti vurmamaq üçün kəskin manevr etməsi nəticəsində baş verdiyi bildirilir.