SON XƏBƏRLƏR
15 Avqust 2018
14 Avqust 2018
"Bu gün həm də müstəqillik tariximizin çox şərəfli səhifəsidir"
SİYASƏT 11:31 / 20.01.2018
20 Yanvar faciə olmaqla yanaşı, eyni zamanda, Azərbaycan xalqının qəhrəmanlıq tarixidir. Azərbaycanın igid övladları həmin gün sovet ordusu tərəfindən qətlə yetirildilər, amma bu gün həm də müstəqillik tariximizin çox şərəfli səhifəsidir.

Unikal.org xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Baş nazirin müavini Əli Əhmədov bildirib.

Baş nazirin müavini deyib ki, hər il Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edərək müstəqillik uğrunda öz canlarını fəda etmiş insanlara hörmət və ehtiramlarını bildirirlər. Bu da bir daha göstərir ki, şəhidlərimiz unudulmur, onların xatirəsi daim qəlblərdə yaşayacaq.