Şamaxı rayonunda dalaşan qardaşların hər ikisi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Unikal.org
report-a istinadən xəbər verir ki, rayonun Mərzəndiyyə kəndində yaşayan rayon sakinləri - 1974-cü il təvəllüdlü Şəfiyev Mayıl Durdu oğlu və onun qardaşı 1977-ci il təvəllüdlü Müşfiq dalaşıb. Qardaşların biri ayağından küt alətlə, digəri isə başından xəsarət alıb.

Onların hər ikisi Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.