Ağcabədi sakinindən odlu silah götürülüb.

Unikal.org-un DİN-in saytına istinadən verdiyi xəbərə görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları əldə etdikləri əməliyyat məlumatı əsasında rayon sakini Aslan Rüstəmzadənin evinə baxış keçiriblər. Nəticədə evdən 1 ədəd "Makarov, 1 ədəd "Reck-Cobra markalı qaz tapançaları, 44 ədəd travmatik patron, 2 qandal və 1 ədəd nunçaqi aşkar edilərək götürülüb.

Saxlanılan şəxs maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.