19 Oktyabr 2018
"Gecə saat 4-ün yarısı idi, ayıldım, gördümkü..." - QAN DONDURAN ÖLÜM - VİDEO
KRİMİNAL 13:39 / 20.01.2018
Azərbaycanda son illərin ən dəhşətli hadisələrindən biri yaşanıb.

Unikal.org Milli.Az-a istinadən xəbər verir ki, qəzaya uğrayaraq maşınının içində yanıb öldüyü deyilən Rəhmanın qətlə yetirildiyi şübhələri artmaqdadır.

"Bizimləsən" verilişinə çıxan Rəhmanın həyat yoldaşı Səidə adlı xanım ərinin qəza nəticəsində yanıb ölmədiyini iddia edib. Mərhumun həyat yoldaşı Rəhmanın qətlə yetirildiyini bildirib.

"2017-ci ilin iyul ayının 7-si axşam saatlarında axşam yeməyini yedikdən sonra evdən çıxdı. Bir kafedə olub. Zəng edib çağırıblar. Kafedən dostu ilə birgə gedib. Dostu da öz iş yoldaşıdır. Ərim ona deyib ki, adam gələcək, gedək onu götürüb, gələk. O götürəcəyi şəxs kimdir, onu bilmirəm daha. Amma həyat yoldaşımı whatsapp-la çağırıblar. Telefonunda bir səsli mesaj var. Məncə çoxu silinib. Yanındakı oğlan deyir ki, "whatsapp-la danışdı. Deyib ki, "Gələsi olmadı, gedək". Yenidən həmin kafeyə qayıdıblar. O kafedə də mənim qardaşım işləyir. Yenidən buna zəng gəlir və o gedən gedir. Oğlana deyir ki, gedirəm, 20 dəqiqəyə qayıdıram. Oğlan sonra zəng edir ona, deyir ki, gəlirəm. Bir az sonra yenidən zəng edəndə onun telefonuna zəng çatmayıb. Düşünüblər ki, yəqin evə gedib. Gecə saat 4-ün yarısı idi. Yatıb qalmışdım mən də".

Mərhumun həyat yoldaşının açıqlamasının ardına aşağıdakı videoda baxa bilərsiniz: