SON XƏBƏRLƏR
15 Avqust 2018
14 Avqust 2018
Putinin leopardı öldü - VİDEO
DÜNYA 15:53 / 20.01.2018
Rusiya prezidenti Vladimir Putinin leopardı öldü.

Unikal.org xəbər verir ki, ötən ilin noyabr ayında bala yırtıcı Soçidə saxlandığı heyvanat bağçasından qaçaraq, Abxaziya ərazisinə keçib. Zoopark işçilərinin müraciəti əsasında hərəkətə keçən əlaqədar orqanlar leopardın Qudauta şəhəri yaxınlığında yerləşən Lihni kəndində gizləndiyini müəyyənləşdiriblər. Gecə toyuq fermalarından birinə tələ quran mütəxəssislər qeyri-adi mənzərənin şahidi olublar. Fermaya girən yırtıcı tutduğu toyuğu yemək əvəzinə onunla oynamağa başlayıb və onu tutmaq çətin olmayıb.

Putinin 'Victoria' adlı leopardı yenidən Soçidə heyvanat bağçasına gətirilsə də onu təbiətə buraxmalı olublar. Mühafizəçilər leopardı 3 həftədən sonra ölü tapıblar.