Türkiyənin Kayseri şəhərində maraqlı addım atılıb.

Unikal.org-un məlumatına görə hava temperaturunun kəskin aşağı düşməsi piyada səkilərinin buz bağlaması ilə nəticələnib. Bu da səkilərdə vətəndaşların hərəkəti üçün bir sıra çətinliklər yaradıb.

Kayseri bələdiyyəsi isə yaranmış problemə maraqlı çıxış yolu tapıb.

Belə ki, qurum tərəfindən şəhərin əsas yollarında vətəndaşların rahat hərəkət etməsi üçün 5 kilometr uzunluğunda xalça döşənib. Xalçalar yerə xüsusi vasitə ilə bərkidilib.

Xalçalar qış mövsümü bitənədək yerdə sərilmiş vəziyyətdə olacaq.