SON XƏBƏRLƏR
26 May 2018
Afrin əməliyyatı başladı: Qırıcılar düşməni məhv edir
DÜNYA 18:34 / 20.01.2018
Türkiyə Hərbi HavaQüvvələrinə məxsus hərbi təyyarələr PYD-YPG qruplaşmasının Suriyanın Afrin bölgəsindəki mövqelərini bombalamağa başlayıb.

Unikal.org-un NTV-yə istinadən verdiyi xəbərə görə, hərbi təyyarələr qabaqcadan müəyyənləşdirilmiş mövqelərə zərbə endirirlər. Hələlik təyyarələrin Suriya hava məkanına keçib-keçmədiyi məlum deyil. Türkiyə ərazisindən də Suriya içərisindəki həmsərhəd ərazilərə zərbə endirməyin mümkün olduğu bildirilir. Azad Suriya Ordusu bölmələrinin isə qurudan əməliyyata başladığı xəbər verilir.

Türkiyə ordusunun Baş Qərargahından məsələ ilə bağlı rəsmi açıqlama gözlənilir.