Yevlax sakinini elektrik cərəyanı vurub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Tanrıqullar kəndində baş verib.

1986-cı il təvəllüdlü kənd sakini Elton Bəhram oğlu Məmmədovu elektrik cərəyanı vuraraq öldürüb. Hadisəyə elektrik naqili ilə ehtiyatsız davranma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.