İsveçin paytaxtı Stokholm şəhərində bir məscidinin yerləşdiyi binaya naməlum şəxslər tərəfindən faşist svastikasının təsviri çəkilib.

Unikal.org-un məlumatına görə, svastika binanın qapılarına çəkilib.

Məscidin imamının sözlərinə görə, təsvirlər həmçinin binanın pilləkanının üzərinə çəkilib.