SON XƏBƏRLƏR
26 May 2018
"Səhərə yaxın atam üst-başı qanın içində gəldi" - müğənni Elnarə - FOTO
CƏMİYYƏT 23:58 / 20.01.2018

Müğənni Elnarə Xəlilova sosial şəbəkədə 20 Yanvar faciəsi ilə bağlı xatirəsini bölüşüb.

Unikal.org xəbər verir ki, sənətçi 20 Yanvar hadisəsinin canlı şahidlərindən olan atası Sabit Xəlilovla bağlı mətbuatda dərc olunmuş yazını paylaşaraq yazıb:

"Canım Atam! Səninlə fəxr edirəm! Fəxr edirəm ki, sənin kimi vətənpərvər kişinin qızıyam! Sən ailəni, işsiz qalmağını,hər şeyi gözə aldın, amma qorxmadın... 20 Yanvar faciəsini bütün dünyaya car çəkməkdən qorxmadın... Səhərə qədər əliyalın mübarizə aparmaqdan qorxmadın... Səhərə yaxın evə gəldiyin anı çox gözəl xatırlayıram. Onda mənim 10 yaşım vardı. Onda biz 8-ci mərtəbədə yaşayırdıq və rus əsgərləri 20 yanvar dairəsini gülləbaran edəndə, hətta bir neçəsi bizim eyvanı da dəlib keçmişdi. Atam gecədən anama təlimat verdi ki, bizi yerdən yatırtsın. Elə də etdik. Bacım və qardaşım körpə idi. Biz isə anamla səhərə qədər gözümüzü yuma bilmədik.

Səhərə yaxın atam üst-başı qanın içində gəldi. Əvvəlcə elə bildik, yaralıdır. Sonra anladıq ki,daşıdığı yaralıların və meyidlərin qanı imiş və bir gördüyüm məqam da ömrümün sonuna kimi yaddaşıma həkk oldu. Atamın yumruğunun üstündəki rus əsgərlərinin dişlərinin izləri... O izlər mənim gözümün önündən heç zaman getməyəcək. Çünki onlar qanlı yanvar gecəsində əliyalın Azərbaycan xalqının azadlıq hərəkatı uğrunda canından keçdiyi izlər idi..... Allah şəhidlərimizə rəhmət etsin, yaxınlarına səbr versin!".