Futbol üzrə İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində ötən gecə baş tutan "Everton - "Vest Bromviç (1:1) matçında üzücü hadisə qeydə alınıb.

Unikal.org xarici mərbuata istinadən xəbər verir ki, qonaq komandanın hücumçusu Salomon Rondon rəqibin cərimə meydançasına daxil olaraq, qapıya zərbə endirmək istəyərkən, meydan sahiblərinin yarımmüdafiəçisi Ceyms Makkarti topa müdaxilə etməyə çalışıb. Lakin Rondon bu an özündən asılı olmayaraq rəqibin ayağına qüvvətli zərbə endirib.

Nəticədə Makkartinin ayağı sınıb. İrlandiya yığmasının da şərəfini qoruyan 27 yaşlı futbolçunun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı bildirilir.