Türkiyənin Azərbaycandakı keçmiş səfirinə yeni vəzifə verilib. 

Unikal.org-un Türkyə mətbuatına istinadən verdiyi xəbərə görə, Mustafa Cengiz "Qalatasarayın yeni prezidenti seçildikdən sonra klubun İdarə Heyətinin tərkibi də açıqlanıb.

Klubdan verilən məlumata görə, İdarə Heyətində 10 nəfər əsas, 5 nəfər isə ehtiyat üzv olacaq.

Əsas heyətə daxil olanlardan biri də Ahmet Ünal Çeviközdür. 

Qeyd edək ki, Çeviköz 2001-2004-cü illər aralığında Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olub. Daha sonra o, fəaliyyətini İraqda davam etdirib.