SON XƏBƏRLƏR
24 May 2018
23 May 2018
Azərbaycanın Emənistana PUA-larla mina zərbələri endirməsinə nazirlikdən cavab
SİYASƏT 09:55 / 21.01.2018
Ermənistan mətbuatının guya Azərbaycan tərəfinin cəbhə xəttində pilotsuz uçuş aparatlarından istifadə etməklə erməni mövqelərinə mina zərbələri endirilməsi barədə yaydığı xəbərin heç bir əsası yoxdur və bu yalan informasiyadır.

Unikal.org-un məlumatına görə, Müdafiə Nazirliyi mətbuat xidməti APA-nın sorğusuna cavab olaraq bildirib ki, Müdafiə Nazirliyinin Azərbaycan kəndlərinin düşmən tərəfindən atəşə tutulması barədə verdiyi xəbərdən dərhal sonra ermənilər bu kimi dezinformasiya yayıblar.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusu cəbhə xəttində atəşkəs rejiminə tam riayət edir: "Düşmənin iddia etdiyi kimi əgər tərəfimizdən bu cür tədbir həyata keçirilərdisə, o zaman Ermənistan qoşunlarının çoxsaylı itkilərə məruz qalması qaçılmaz olardı".