Suriya Türkiyəni raket atəşinə tutub. Kilis əyalətinə 4 raket atılıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərmilər şəhərin mərkəzinə düşüb. Bəxtdən ölən olmayıb. Nəticədə bir nəfər yüngül xəsarətlər alıb .Amma bəzi binalara ciddi ziyan dəyib.

Dərhal hadisə yerinə güc strukturlarının əməkdaşları cəlb edilib.

Xatırladaq ki, bundan əvvəl Türkiyə ordusu Bakı vaxtı ilə saat 18:00-da Suriyanın Afrin bölgəsində terrorçulara qarşı "Zeytun budağı əməliyyatına başlayıb.

Baş Qərargahın məlumatına əsasən, əməliyyatda 72 hərbi təyyarə iştirak edib, müəyyən edilmiş 113 hədəfdən 108-i vurulub.

Türkiyənin baş naziri Binəli Yıldırım Afrində quru əməliyyatının yanvarın 21-də başlaya biləcəyini bəyan edib.