17 Oktyabr 2018
Bu kluba yeni baş məşqçi gətirildi
İDMAN 12:55 / 21.01.2018

Fransanın "Bordo” klubu yeni baş məşqçisinin adını açıqlayıb.

Unikal.org xarici xəbər verir ki, "Bordo”nu bundan sonra Qustavo Poyet çalışdıracaq.

Klub rəhbərliyi bir neçə gün əvvəl Joslen Qurvenneki istefaya göndərmişdi.Onunla yollar uğursuz nəticələrə görə ayrılmışdı. "Bordo” ötən mövsüm onun rəhbərliyi altında çempionatı 6-cı pillədə başa vursa da, cari mövsümdə nəticələr qənaətbəxş deyildi.

Komanda 22 turdan sonra 11-ci pillədə qərarlaşıb.

Poyetin son iş yeri Çinin "Şanxay Şenxua” klubu olub.