SON XƏBƏRLƏR
26 May 2018
Bakıda bu ərazilərdə su olmayacaq - Sabaha qədər
CƏMİYYƏT 15:15 / 21.01.2018
Paytaxtın Sulutəpə və Biləcəri qəsəbələrnin bir hissəsində içməli suyun verilişində fasilə yaranıb.

Unikal.org xəbər verir ki, bu barədə "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar Xocahəsən qəsəbəsində, eləcə də Sulutəpə və Biləcəri qəsəbələrinin bir hissəsində içməli suyun verilişində fasilə yaranıb.

Məlumata görə, fasilə yanvarın 22-si, günün birinci yarısına qədər davam edəcək.