19 Oktyabr 2018
“Zirə” Bakını tərk etdi
İDMAN 15:49 / 21.01.2018
Qış fasiləsində hazırlığın ilk mərhələsini başa vuran "Zirə" təlim-məşq toplanışının növbəti mərhələsini Antalya şəhərində keçirmək üçün Türkiyəyə yola düşüb.

Unikal.org kluba istinadən xəbər verir ki, "qartallar” saat 15:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Antalyaya yollanıb.

Sidenin "The Sense De Luxe" hotelində məşkunlaşacaq "Zirə" fevralın 4-də Bakıya qayıdacaq.