SON XƏBƏRLƏR
20 Avqust 2018
“Barsa” bəyanat yaydı
İDMAN 17:53 / 21.01.2018
Mətbuatda "Barselona”nın "Atletiko”nun futbolçusu Antuan Qrizmannla danışıqlar apardığı barədə məlumat yayılmışdı. Hətta "Atletiko”nun buna görə FİFA-ya şikayət edəcəyi də bildirilirdi. "Hindular” "Barsa”nı qaydaları pozmaqda ittiham edirdi.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "Barselona” məsələ ilə bağlı bəyanat yayıb:

"Barselona” Antuan Qrizmannla danışıqlar apardığımızla bağlı bəzi mətbuat orqanlarında yayılan məlumatı qətiyyətlə təkzib edir. Bu cür yersiz məlumatları qınayır və bildiririk ki, "Atletiko”ya tam hörmət edirik”.

İspaniya mətbuatında yayılan məlumatda bildirilirdi ki, "Barselona” 7 nömrəli formanı məhz Qrizmann üçün saxlayıb.