SON XƏBƏRLƏR
25 Fevral 2018
24 Fevral 2018
Hərbi qulluqçumuz həlak oldu - Nazirlik məlumat yaydı
HADİSƏ 18:25 / 21.01.2018
Müdafiə Nazirliyi hərbçinin ölümü ilə bağlı məlumat yayıb.

Unikal.org  nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, təlim mərkəzlərindən birində məşğələ keçirilən zaman bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçu Əliyev Rahim Əhməd oğlu hərbi rituallara uyğun olaraq dəfn olunub.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!