SON XƏBƏRLƏR
25 Fevral 2018
"VAZ 2106" "BMW" TOQQUŞDU - Ölən və yaralananlar var
HADİSƏ 19:46 / 21.01.2018
Bu gün Saatlı rayon mərkəzində "VAZ 2106" markalı minik avtomobili BMV markalı avtomobillə toqquşub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, qəza nəticəsində "VAZ 2106" markalı minik avtomobilində olan 63 yaşlı Məmmədov Əziz Sarxan oğlu ölüb.

Avtomobildə olan sərnişinlər - 1971-ci il təvəllüdlü Əsədova Fatma Osman qızı, 1964-cü il təvəllüdlü Əsədova Atlas Osman qızı, 1965-ci il təvəllüdlü Əsədov Nadir Osman oğlu və Adgözəlova Rəbiyyə Məmmədalı qızı xəsarət alıb və Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyəti ağır olan F. Əsədova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, N. Əsədov əməliyyat olunub.

Qeyd edək ki, "VAZ 2106" markalı minik avtomobilində olan sürücü və sərnişinlər Cəbrayıl rayon sakinləridir. Onlar Sabirabad rayonuna yas mərasiminə gəliblər və geri qayıdarkən qəzaya düşüblər.