SON XƏBƏRLƏR
26 Fevral 2018
25 Fevral 2018
Azərbaycanda QANLI OLAY: POLİS BIÇAQLANDI
KRİMİNAL 20:06 / 21.01.2018
Bu gün Saatlı rayon Polis Şöbəsinin əməkdaşı bıçaqlanıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki,  polis çavuşu 1983-cü il təvəllüdlü Eynullayev Əvəz Ağamirzə oğlu bıçaqlanıb.

Ə. Eynullayev ön qarın divarının daxilə nüfuz edən bıçaq yarası ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasına gətirilib, əməliyyata götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Polis çavuşunu bıçaqlayan Saatlı rayon sakininin saxlanılması istiqamətində əməliyyat həyata keçirilir.