SON XƏBƏRLƏR
25 Fevral 2018
Arda Turan superliqaya qolla qayıtdı
İDMAN 22:04 / 21.01.2018
Bu gün Türkiyə superliqasının 18-ci turunda "Başakşehir" səfərdə "Bursaspor"la üz-üzə gəlib.

Unikal.org qol.az-a istinadən xəbər verir ki, qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Arda Turan yeni klubu "Başakşehir" forması ilə ilk dəfə fərqlənib.

Yarımmüdafiəçi 65-ci dəqiqədə meydana daxil olub və 86-cı dəqiqədə komandasının 3-cü qoluna imza atıb. İstanbul klubunun digər qollarını 17-ci dəqiqədə Attamah, 58-ci dəqiqədə isə Mossoro vurub.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 39-a çatdıran "Başakşehir" liderliyini daha da möhkəmləndirib.