SON XƏBƏRLƏR
26 May 2018
Yarmarkalarda bu məhsullar ucuz satılır - VİDEO
İQTİSADİYYAT 22:31 / 21.01.2018
Bayramdan sonra yarmarkalarda bəzi məhsulların qiyməti aşağı düşüb.

Unikal.org-un "Xəzər TV”yə istinadən məlumatına görə, ümumilikdə bazarla müqayisədə yarmarkalarda nisbətən ucuzluq müşahidə olunur. Alıcılıq qabiliyyəti isə əvvəlki aylara nisbətən zəifləyib.

Həftə sonları paytaxtda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilən yarmarkalarda meyvə və tərəvəzlər digər bazarlarla müqayisədə bir qədər ucuz qiymətə satılır.

Alma 1 manata, armud 1 manata, naringi isə 1 manat 70 qəpiyə təklif edilir.

Ət və süd məhsulları isə bazar və marketlərdən daha ucuz satılır.