18 Noyabr 2018
17 Noyabr 2018
Məşhur müğənni vergidən yayınmaqda şübhəli bilinir - bir neçə milyon...
MƏDƏNİYYƏT-ŞOU 23:14 / 21.01.2018
İspaniyanın vergi xidməti orqanları məşhur Kolumbiya müğənnisi Şakiranın vergidən yayındığını güman edərək prokurorluğa müraciət ediblər.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, söhbət bir neçə milyon avrodan gedir.

Müğənni 2010-2017-ci illər ərzində ispan futbolçu Jerar Pike ilə münasibətdə olub. Cütlük öz münasibətlərini 2011-ci ildə rəsmiləşdirib, lakin Şakira İspaniyanın vergi orqanlarında qeydiyyata 2015-ci ildə düşüb. Belə olan halda, vergi əməkdaşları müğənnini vaxtın böyük hissəsini bu ölkənin ərazisində yaşamasına baxmayaraq, 4 il ərzində vergi ödəməkdən boyun qaçırmaqda şübhəli bilirlər. Şakiranın nümayəndələrinin iddiasına görə, müğənni İspaniyada vergi rezidenti hesab olunması üçün qanunla müəyyən edilmiş 183 gündən az yaşayıb.