17 Oktyabr 2018
Bakıda yüzlərlə insanın həyatı təhlükədədir - FOTO
CƏMİYYƏT 23:42 / 21.01.2018
Paytaxta aparılan tikinti işlərinə nəzarətin gücləndirilməsi hər zaman müzakirə mövzusu olub. 

Aparılan tikinti işləri insanların məşğulluğu üçün önəmli olsa da, amma insanların həyatına təhlükə yaratmamalıdır. Amma bir çox hallarda tikinti sahiblərinin səhlənkarlığı və əlaqədar orqanların bu hallara göz yumması yüzlərlə insanın həyatına təhlükə yaradır.

Unikal.org modern.az-a istinadən bildirir ki, belə təhlükəli vəziyyət Zığ yolunda da yaşanır. C.Naxçıvanski adına hərbi məktəbin yaxınlığında aparılan tikinti sahəsində quraşdırılan kran həmin yoldan keçən yüzlərlə insanın həyatına real təhlükədir. Kranın uc hissəsinə bərkidilən ağır betonlar yolun hərəkət hissəsinin üzərindədir. Bu gün paytaxtda əsən küclü külək isə həmin kranı elə formada əsdirir ki, daşların yolun hərəkət hissəsinə düşməsi hər an baş verə bilər.